Azərbaycanın iki boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Dostuna göndər xəbərdən agah olsun:

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib.

Azərbaycan millisinin 2 boksçusu yarımfinala yüksəlib.

Bilalhəbaşi Nəzərov (48 kq) irlandiyalı Skott Tompsonla qarşılaşıb. Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib. Nəzərov yarımfinalda Frihah İsmael Maqraou (İspaniya) ilə üz-üzə gələcək.

Ömər Aslanlı (54 kq) da komanda yoldaşının uğurunu təkrarlayıb. Turner Cozef Ceymslə (İngiltərə) qarşılaşan boksçumuz 4:3 hesabı ilə qələbə qazanıb. O, finala gedən yolda Atanas Dinkovu (Bolqarıstan) sınağa çəkəcək.

Boksçularımız yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Bu mərhələnin görüşləri aprelin 12-də baş tutacaq.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)