Son 3 ildə Bakıda 200 küçəyə şəhid adı verilib
2020-2023-cü illər ərzində Bakıda 200 küçəyə şəhid adı verilib.
“Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında bildirilib.
Qeyd olunub ki, yerli icra hakimiyyətlərindən, eyni zamanda şəhid ailələrindən daxil olan müraciətlər şəhidin ailə üzvləri ilə razılaşdırılıb. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı paytaxtın inzibati ərazisində mövcud olan 200 küçəyə şəhidin adı verilməsi barədə sərəncamlar imzalayıb.
Hesabatda vurğulanıb ki, Bakı şəhərinin inzibati ərazisində mövcud olan küçərlərin inventarlaşdırılması və adsız küçələrə adların verilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qeyd olunan məsələyə xüsusi önəm veriləcək.
(055) 436-46-45