Azərbaycan axtarışda olan Özbəkistan vətəndaşını ölkəsinə təhvil verib
Azərbaycan axtarışda olan Özbəkistan vətəndaşı, 1981-ci il təvəllüdlü Karimov Rustam Hikmatullayeviçi ölkəsinə təhvil verib.
Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, o, dələduzluq əməlini törətməkdə təqsirləndirilir. Özbəkistanın hüquq-mühafizə orqanları 2023-cü il mayın 26-da onu beynəlxalq axtarışa verib. Azərbaycan Baş Prokurorluğu Özbəkistan Baş Prokurorluğunun R.Karimovun təhvil verilməsi barədə vəsatətini təmin edib.
R.H.Karimov cari ilin oktyabr ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.
(055) 436-46-45