Gəncədə iki maşın toqquşdu, piyada öldü – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Qara Qarayev küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Lexus” markalı minik avtomobili ilə “Ford Transit” markalı yük maşını toqquşub.

Qəza zamanı avtomobillərdən biri yoldan keçən piyadanı vurub. Piyada hadisə yerində ölüb.

Ölən şəxsin 1982-ci il təvəllüdlü Səbuhi Xeyirxəbərov olduğu bildirilir. Məlumata görə, S.Xeyirxəbərov Gəncədə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)