Kleopatranın həyatından inanılmaz maraqlı faktlar – Misirin son kraliçası
Kleopatra olduqca zəngin və rəngarəng həyat yaşayıb və b. e. ə. 30-cu ilin 12 avqustunda vəfat edib. O, Aksium ətrafındakı döyüşdə məğlubiyyət yaşadıqdan sonra özünü ilan zəhəri ilə zəhərləmişdi.
Agah.az Kleopatranın həyatından maraqlı faktları təqdim edir:
1. 18 yaşında olarkən Kleopatra öz 9 yaşlı qardaşı XII Ptolemey ilə ailə həyatı qurur. Çünki Ptolemey adətinə görə qadın tək hökmranlıq edə bilməzdi.
2. Öz kiçik qardaşı ilə Kleopatra 4 il ərzində ölkəni idarə edir. Sonra isə XII Ptolemey Kleopatra və onun tərəfdaşı Yuli Sezara qarşı qiyam qaldırır, məğlub olaraq qaçır və Nildə batır.
3. Öz ağlı və cazibədarlığı sayəsində Kleopatra öz dövrünün iki ən məşhur sərkərdələrini – Yuli Sezar və Mark Antonini – özünə aşiq etmişdi. Və bununla Misirə 20 illik müstəqillik təmin etmişdi.
4. Kleopatranın dörd uşağı var idi: Sezariona (Yuli Sezardan), Aleksandra Heliosa, Kleopatra Selena və II Ptolemey Filadelf (Mark Antonidən).
5. Plutarxın dediklərinə görə, Sezarı ram etmək üçün Kleopatra onu ədyala bürüməyə, sonra iplə bağlamağa və Yuliyə gətirməyi əmr etmişdi. Belə etməklə o, özünü Sezara təslim etdiyini demək istəyirmiş.
6. Mark Antoni kraliçanı ilk görüşə dəvət etdiyi zaman Kleoptra bir neçə dəfə onun təklifini rədd etmişdi. Həmin vaxt Kleopatra al yelkənləri olan gəmi inşa etdirirdi və sərkərdəni təəcübləndirmək istəyirdi.
7. Kraliçanın bədxərcliyinin həddi yox idi, onun sərvətlərinin isə ucu bucağı yox idi. Məhz buna görə qədim əlkimyaçılar Kleopatranın fəlsəfə daşına sahib olduğunu və metalları qızıla çevirdiyini düşünürdülər.
8.Təbib Halenin sözlərinə əsasən, Kleopatra kosmetologiya ilə maraqlanırdı. O, Sezara saç tökülməsi ilə mübarizə aparmağa kömək edirdi.
9. Tarixi faktlara əsasən, Kleopatra bütün zəhərli maddələri yığırdı və zindana düşərək məhkumların üzərində müxtəlif tədqiqatlar aparırdı.
12. Digər versiyaya əsasən isə Kleopatra içi boş olan saç sancağında zəhər saxlayırdı. Və məhz bu zəhəri Kleopatra və onun iki qulluqçusu qəbul edirlər.
13. Tarixçi Kristofer Şeferə əsasən Kleopatra kobranın dişləməsindən deyil, opium və baldıran otu bitkilərinin ölümcül qarışığından vəfat edib. Həmin qarışıq bədəndə iz qoymur.
(055) 436-46-45