Hicablı feminist aksiyada iştirak etdiyinə görə dayısı tərəfindən döyülüb

Dostuna göndər xəbərdən agah olsun:

Feministlərin icazəsiz 8 Marş aksiyasının hicablı iştirakçısı Zəhra Kələntərova şiddətə məruz qalıb.

Agah.az Baku.ws-ə istinadən xəbər verir ki, aksiyanın səhəri günü – 9 mart tarixində dayısı evlərinə hücum çəkib.

Aksiyada iştirak etdiyinə görə Zəhranı döyüb, təhqir edib və boğmağa çalışıb. Anası Fatimə xanım qızını qorumaq istəyərkən onu da döyüb. Bacısını və bacısı qızını döyməklə sakitləşməyən dayı evdəki bəzi əşyaları sındırıb.

Gedərkən Zəhranı və anasını öldürəcəyilə təhdid edib. “Dünən getdiyim 8 MARŞ yürüyüşünə görə bu gün dayım evə “söhbət eləmək” niyyəti ilə gəlib mənə qarşı şiddət göstərdi, boğmağa cəhd etdi.

Hələ bunlar bəs etməyə-etməyə ölümlə hədələdi,” Kələntərova facebook səhifəsində yazıb. 16 yaşlı Zəhrə dayısının dostu tərəfindən də ölümlə hədələndiyini bildirir. Ona yazılam mesajları “screen” edərək paylaşıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)