Tiktok’da trend olan təhlükəli hərəkət: Duz Challenge

Dostuna göndər xəbərdən agah olsun:

TikTok istifadəçiləri arasında iyrənc və təhlükəli bir trend meydana gəldi. Hal hazırda “Salt Challenge” (Duz çağırışı) deyiləndə insanlar ağızlarına çoxlu duz tökürlər.

Agah.az-ın verdiyi məlumata görə Tiktok’da bu günə qədər bir çox qəribə trendlər ortaya çıxdı. Ancaq bu səfərki, qəribə olduğu qədər təhlükəli bir challenge olaraq gəldi. Tiktok istifadəçiləri, Salt Challenge olaraq adlandırdıqları meydan oxuma, ağızlarına qutuyla duz tökür və ardından bir başqasını bunu etməyə çağırış edir.

İnsanların ağzını duzla doldurması, iyrənc olmaqdan da o tərəfə son dərəcə təhlükəlidir. Mütəxəssislər, insanların bu hərəkətlərə qatılmamaqlarını məsləhət görür və çox duz yeməyin insan sağlamlığı üçün həm qısa həm də uzun müddətli pis nəticələrə yol aça biləcəyini bildiriblər.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)