Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

Dostuna göndər xəbərdən agah olsun:

Sabirabadın Qaragüney kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib, 5 nəfər xəsarət alıb.

Agah.az -ın Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobillə digər avtomobil toqquşub.

Qəza nəticəsində rayonun Qaragüney kəndinin sakinləri, 1963-cü il təvəllüdlü Aslanov Vahid Heybət oğlu, 1995-ci il təvəllüdlü Aslanova Xanımzər Cavanşir qızı, onun azyaşlı qızı, 2020-ci il təvəllüdlü Aslanova Zəkiyyə Rahil qızı, 1966-cı il təvəllüdlü Cəfərov Cavanşir Məmmədağa oğlu və 1975-ci il təvəllüdlü Qasımov Həşimxan Lətif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)