Kürdəxanıda dörd avtomobil toqquşdu:Yaralanan və ölənlər var

Dostuna göndər xəbərdən agah olsun:

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, 4 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım briqadası cəlb olunub.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisənin təfərrüatları barədə əlavə məlumat olacaq.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)