Zəlzələdən böyük zərər görən Hatayda daha bir 16 mərtəbəli bina dağıdıldı – VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Türkiyədə fevral ayında episentri Kahramanmaraş olan dəhşətli zəlzələdən böyük ziyan görən Hatayda qəzalı binaların sökülməsi işləri davam edir. Belə ki, çoxmərtəbəli binalar nəzarətli şəkildə dinamitlə partladılır.

Bunlardan biri də Defne mahalının Çekmece məhəlləsində yerləşən 16 mərtəbəli yaşayış evidir.

Nəhəng binanın yerlə bir edildiyi anlar mobil telefon kamerası ilə sakinlər tərəfindən qeydə alınıb.

Xatırladaq ki, bir neçə gün öncə iki 16 mərtəbəli bina dinamitlə nəzarətli partlayışla dağıdılmışdı.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)