Oğuzda ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi başlanılıb – YENİLƏNİB + FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 16 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində Rəvan Osmanovun idarə etdiyi “Opel” markalı avtomobil ilə İntiqam Nəbiyevin idarə etdiyi “VAZ-2107” toqquşub.

Hadisə nəticəsində sonuncu nəqliyyat vasitəsindəki sərnişin, 1961-ci il təvəllüdlü Tofiq Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Oğuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Sincan kəndində qeydə alınıb.

VAZ-2107 və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Tofiq Allahverdi oğlu Hüseynov hadisə yerində ölüb.

Qəza zamanı daha üç nəfər isə xəsarət alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)