Sabunçuda ikimərtəbəli ev yanıb
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 kvadratmetr (hər mərtəbəsi 100 kv.m) olan ikimərtəbəli 10 otaqlı evin birinci mərtəbəsində bir otağın və mətbəxin yanar konstruksiyaları 64 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 kv.m sahədə, bir ədəd kondisioner və ikinci mərtəbənin bir ədəd plastikdən ibarət pəncərəsi əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45