7 yaşlı qızın bədəni daşa dönür – İxtioz xəstəliyi
Hindistanın Dantevada bölgəsindən olan yeddi yaşlı Rajeshvari nadir bir dəri xəstəliyindən – ixtiozdan əziyyət çəkir.
Agah.az xəbər verir ki, bu barədə məlumatı “Daily Mail” nəşri yayıb.
Fotolardan göründüyü kimi, onun qolları, ayaqları və demək olar ki, bütün arxası vizual olaraq daş kimi görünən qabıqla örtülüb.
Bu isə ona gəzməkdə və ya oturmaqda çətinlik yaradır.
Yaxşı bir xəstəxananın olmaması səbəbindən valideynlər qızı qonşu şəhərə aparırlar.
İxtioz həyat üçün təhlükə yaratmır, ancaq müalicə də edilmir. Bu simptomlarla olan xəstələr ömür boyu belə yaşayırlar.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45