Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat, saxlanılanlar var – Yenilənib

14:14 (30 aprel)
Baş Prokurorluğun mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.
Bildirilib ki, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
***
13:48 (30 aprel)
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Respublika Sanitariya – Karantin Mərkəzi”ndə əməliyyat keçirib.
Əməliyyat nəticəsində mərkəzin rəhbər şəxslərindən saxlanılanların olduğu bildirilir.