Çində magistral yol çöküb: Avtomobillər və sürücülər dağıntılar altında qalıblar – FOTO

Çində magistral yol çöküb: Avtomobillər və sürücülər dağıntılar altında qalıblar – FOTO
Dostuna göndər xəbərdən agah olsun:

Çinin cənubundakı Quandun əyalətində yüksəksürətli magistralın bir hissəsinin çökməsi nəticəsində azı 19 nəfər ölüb.

Yerli mətbuatın yazdığına görə, hadisə Quandun əyalətinin Meyçjou şəhərində baş verib.

Qeyd olunur ki, hadisə nəticəsində 30 nəfər yaralanıb.

Bildirilib ki, dağıntıların təmizlənməsi davam edir, hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

 

Mənbə: Xinhua

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)