Səbail rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Səbail rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin Tədbirlər planına əsasən rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq işlərinin görülməsi, yaşıllıqların salınması, ağacların əkilməsi və mövcud resursların qorunması istiqamətində keçirilən tədbirlər davam etdirilir.

Görülən tədbirlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Səbail rayonunda ağacəkmə aksiyası keçirilmişdir. Ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Aksiya çərçivəsində Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq Şıx yaşayış massivi ərazisində 300-dən çox şam ağacı əkilmişdir. Əkilən ağaclar suvarılmış, onlara aqrotexniki qulluq göstərilmişmişdir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)