Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb

Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb
Dostuna göndər xəbərdən agah olsun:

Göygöldə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Eşqin Bayramov idarə etdiyi “VAZ 21014” markalı avtomobillə Göygöl şəhəri, Azay Kazımov küçəsində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə o, həmin küçə ilə hərəkət edən piyada Nemət Verdiyevi vurub. Sonuncu müxtəlif xəsarətlər alaraq hadisə yerindəcə ölüb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)