Abşeronda yeni tikilmiş binanın təhlükə saçan lifti – VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Abşeron rayonunda yeni tikilmiş binalardan birinin lifti qəzalı vəziyyətdədir.

Sözügedən binada yaşayan sakinlər deyirlər ki, lift tez-tez xarab olduğu üçün ondan normal qaydada istifadə edə bilmirlər.

Onlar liftin uşaqlar üçün yaratdığı təhlükədən də narahat olduqlarını söyləyiblər.

“11 mərtəbəli bina üçün üç nəfərin çətinliklə sığdığı lift qoyublar. O da ki əksər günlər işləmir. İnsanlar 11-ci mərtəbəyə yükü pilləkənlə daşımalı olurlar”, – deyə sakinlər narazılıq bildiriblər.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)