Azərbaycanda futbol klubunun prezidenti saxlanıldı

Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Agah. Az Oxu.az-a istinadla xəbər verir ki, Birinci Liqa təmsilçisi “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır.

Klubun mətbuat katibi Mübariz Süleymanlının verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat “İrəvan”da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb. Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.

Qeyd edək ki, komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)