Azərbaycan XİN Qazaxıstana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib.
Bu barədə ölkə xarici siyasət idarəsinin “X” hesabında paylaşım edilib.
“Qardaş Qazaxıstanda baş verən dağıdıcı daşqınları dərin hüznlə qarşıladıq. Bu fəlakətdən zərər çəkən insanlara Allahdan kömək diləyirik, dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Qardaş Qazaxıstanın xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik”,- məlumatda qeyd olunub.
Xatırladaq ki, Qazaxıstanın Rusiya ilə həmsərhəd olan şimal və qərb rayonları daşqınlarla üzləşib. Təbii fəlakət nəticəsində 4 mindən artıq ev su altında qalıb, on rayonda fövqəladə vəziyyət elan edilib və xilasedicilər ölkənin bəzi ərazilərindən 63 mindən çox insanı təxliyə ediblər. Xilasetmə əməliyyatlarına 8,7 mindən çox insan, 1,7 min texnika və 12 təyyarə cəlb olunub.
(055) 436-46-45