Şirvanda avtomobil velosipedçini vurub

Dostuna göndər xəbərdən agah olsun:

Şirvanda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Şirvan Şəhər Təcili Yardım Məntəqəsinin yaxınlığında baş verib.

Velosipedlə hərəkətdə olan Şirvan sakini, 1972-ci il təvəllüdlü Vüsal Süleyman oğlu Məmmədovu avtomobil vuraraq ağır yaralayıb.

Müxtəlif xəsarətlər alan velosipedçi təcili yardım avtomobili ilə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)