Masallıda yol-nəqliyyat hadisəsi: Dörd nəfər xəsarət alıb
Masallıda yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un cənub bürosunun məlumatına görə, hadisə ilə əlaqədar Masallı Rayon Mərkəzi Xəstəxanasına rayonun Sərçuvar kəndi ərazisində baş verən qəza ilə bağlı dörd yaralı daxil olub.
Onlar 1953-cü il təvəllüdlü Gülxar Əziz qızı Mirzəyeva, 1964-cü il təvəllüdlü Gülnisə Seyid qızı Sucayeva, 1979-cu il təvəllüdlü Dilqəm Akif qızı Zülfiyeva və 1998-ci il təvəllüdlü Elçin Alışan oğlu Həsənzadədir.
Yaralıların üçü reanimasiya şöbəsinə yerləşdirilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45