Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq

Dostuna göndər xəbərdən agah olsun:

Sabah Qubanın qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində çəkilmiş daşıyıcı qaz xəttinin yeraltı keçən hissəsində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə martın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri görülən müddətdə Quba rayonunun bir hissəsinin (18 yaşayış məntəqəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)