İranda bayram günlərində baş verən yol-nəqliyyat hadisələrində 417 nəfər ölüb
Martın 14-dən İranda Novruz şənliklərinin başlanmasından bu yana qeydə alınan yol-nəqliyyat hadisələri nəticəsində azı 417 nəfər ölüb, 11 400-ə yaxın insan yaralanıb.
Bu barədə yol polisinin rəhbəri Teymur Hüseyni məlumat verib.
O əlavə edib ki, qəzaların çox olmasının əsas səbəbləri sürücülərin yorğunluğu və yuxululuğu, həmçinin sürət həddini aşması olub.
Mənbə: TASS
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45