Ermənistanda polis bölməsinə hücumla bağlı terrorçuluq maddəsi ilə cinayət işi açılıb

Dostuna göndər xəbərdən agah olsun:

Ermənistan İstintaq Komitəsi İrəvanda üç nəfərin polis bölməsinə hücumu və partlayışla bağlı terror maddəsi ilə cinayət işi açıb.

Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abrahamyan sosial şəbəklə hesabında yazıb.

“İrəvanın Nor-Nork rayonunda polis bölməsində üç nəfərin basqın etməsi, hədə-qorxu gəlməsi və partlayışla bağlı İstintaq Komitəsinin dövlət əleyhinə cinayətlərin istintaqı üzrə baş idarəsi tərəfindən terrorçuluq maddəsi ilə cinayət işi açılıb”, – o qeyd edib.

Abrahamyanın sözlərinə görə, İstintaq Komitəsi araşdırmanın nəticələri barədə ictimaiyyəti məlumatlandıracaq.

Xatırladaq ki, martın 24-də İrəvanın Nor-Nork rayonunun polis bölməsinə silahlı hücum olub. Üç şübhəli şəxs polis bölməsinə qumbara atsa da, yaralanan ancaq özlərindən iki nəfər olub. Digər şəxsi isə xüsusi təyinatlılar zərərsizləşdiriblər. İrəvanın mer müavini Armen Pambuxçyan insidenti terror kimi səciyyələndirib.

Mənbə: Ermənistan KİV

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)