Samuxda 61 yaşlı kişi yanıq xəsarətləri alıb
Samux rayon Ağasıbəyli kəndində 61 yaşlı kişi bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb.
“Report” xəbər verir ki, 1963-cü il təvəllüdlü Ş.Vəliyev ehtiyatsızlıqdan qaz balonunun alışması nəticəsində əllərindən yanıq xəsarətləri alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45