Babək rayonunda “Mercedes” aşıb: Xəsarət alanlar var

Dostuna göndər xəbərdən agah olsun:

Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib, dörd nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Uzunoba yolu ətrafında qeydə alınıb.

“Mercedes” markalı avtomobilin aşması nəticəsində dörd nəfər – 2001-ci il təvəllüdlü İbrahim Nuhali oğlu Abuzərov, 1988-ci il təvəllüdlü Yusif Həsən oğlu İsmayılov, 1995-ci il təvəllüdlü Elvin Hüseyn oğlu Ələkbərov və sürücü, 1961-ci il təvəllüdlü Zahid Firudin oğlu Əliyev xəsarət alıblar.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)