Goranboyda avtomobil qəzası olub, ölən var

Dostuna göndər xəbərdən agah olsun:

Goranboy rayonu Nadirkənd kəndində ağır avtomobil qəzası olub.

Avtomobilin divara çırpılması nəticəsində bir nəfər həlak olub, daha bir nəfər xəsarət alıb.

Ölən şəxs Nadirkənd sakinləri – 1987-ci il təvəllüdlü Abdıyev Natiq Əhməd oğlu, xəsarət alan isə 1984-cü il təvəllüdlü Cəfərov İntiqam İbrahim oğludur.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)