Göygöl sakini bıçaqlanıb
Göygöl rayon sakini bıçaq xəsarəti alıb.
Agah.az-ın Qərb bürosunun məlumatına görə, Göygöl rayon sakini, 1981-ci il təvəllüdlü X.Əsgərov Yeni Qızılca kəndində mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45