Parlament Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusunun verilməsini təsdiqlədi

Dostuna göndər xəbərdən agah olsun:

Milli Məclis Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusunun verilməsi təklifini təsdiqləyib.

“Report” xəbər verir ki, bununla bağlı “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsinə təklif edilən dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, dəyişikliklə Abşeron rayonunun inzibati ərazisində salınmış “Şəfəq” adlı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir.

Layihə səsverməyə qoyularaq qəbul edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45