Ucar Rayon Mərkəzi Xəstəxanası barəsində protokol tərtib edildi
“Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 538.1-ci (ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və (və ya) yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və (və ya) ölçmələrin attestasiya edilməmiş ölçmə metodikaları (metodları) ilə yerinə yetirilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Ucar Rayon Məhkəməsinin hakimi Xəyal Bədəlovun icraatındadır. Baxış iclası martın 19-da keçiriləcək.
(055) 436-46-45