Monqolustanda güclü zəlzələ baş verib
Bazar günü Monqolustanın qərbində, Rusiya ilə sərhəddən təxminən 340 kilometr aralıda 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Əməliyyat məlumatlarına əsasən, zəlzələnin episentri Çuluut kəndindən təqribən 26 kilometr cənub-şərqdə və Baykal rift zonasının cənub-qərbindəki Xubsuqul gölündən təxminən 336 kilometr cənubda yerləşib.
Episentrdə zəlzələnin intensivliyi MSK-64 şkalası üzrə 7,6 bal olub.
Alimlərin fikrincə, Avrasiya və Amur tektonik plitələrinin ayrıldığı Baykal rift zonasının uzunluğu təxminən 2 min kilometrdir. Onun mərkəzi hissəsində Baykal gölü, cənub-qərbdə – Xubsuqul gölü (Monqolustan), şimal-şərqdə – Baykal-Amur magistral xəttinin (BAM) keçdiyi dağlıq bölgə var.
Mənbə: TASS
(055) 436-46-45