Naxçıvanda nazir əvəzi idarə müdirini işdən çıxardı
Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb.
Əmrə əsasən, Babək Rayon Mədəniyyət İdarəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq qurumun məsləhətçisi Yusif Vüqar oğlu Səfərliyə həvalə edilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45