Qəbələdə qəssab heyvan kəsmək adı ilə evdən çıxdı, meyiti tapıldı

Dostuna göndər xəbərdən agah olsun:

Bu gün səhər saatlarında Qəbələ rayonunun Aydınqışlaq kəndindəki taxta sexinin ərazisində 1985-ci il təvəllüdlü Tural Abdurahmanovun meyiti aşkar edilib.

APA xəbər verir ki, meyitin müayinəsi zamanı onun boyun damarının kəsildiyi müəyyən olunub. Şəxsin intihar etdiyi ehtimal olunur.

Həmçinin, Tural Abdurahmanovun son üç-dörd il ərzində alkoqol asılılığından və psixi pozuntulardan əziyyət çəkdiyi bildirilir.

Tural Abdurahmanov kənddə qəssab işləyib. Bildirilir ki, o, bu gün səhər saatlarında ailə üzvləri ilə vidalaşaraq bıçaq götürüb və yaxın dostunun həyətində heyvan kəsmək adı ilə evdən çıxıb.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45