Lənkəranda ana və qızı dəm qazından boğulublar
Lənkəranda dəm qazından boğulma halları baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, 1964-cü il təvəllüdlü Naibə Bilal qızı İbrahimova və onun qızı 2003-cü il təvəllüdlü Fatimə Tofiq qızı İbrahimova dəm qazından boğulublar.
Şirinsu qəsəbəsinin sakini 1987-ci il təvəllüdlü Gülarə Tofiq qızı Fətullayeva da dəm qazından boğulub.
Hər üç şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib. Faktlarla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45