Masallıda sabah 4 kənddə qaz təchizatında məhdudiyyət yaranacaq

Dostuna göndər xəbərdən agah olsun:

Sabah Masallı rayonunun 4 kəndində qaz təchizatında məhdudiyyət yaranacaq.

Masallı rayonunun Bambaşı kəndində diametri 273 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttində aşkar edilmiş yeraltı qaz sızmasını aradan qaldırmaq üçün Bambaşı, Böyük Xocavar, Yeyənkənd kəndlərinin və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla ümumilikdə 1 800 abonentin qaz təchizatının sabah saat 10:00-dan iş yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45