Biləsuvarda məktəbdə yanğın olub, şagird və işçilər təxliyə ediliblər
Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin binasında yanğın baş verib.
Bu barədə “Report”un yerli bürosuna məktəbdən məlumat verilib.
Bildirilib ki, bu gün saat 10:45-də məktəb binasının ikinci mərtəbəsində elektrik paylayıcısında qısaqapanma nəticəsində baş vermiş yanğın zamanı şagirdlər və işçi heyət təxliyə ediliblər.
Yanğın söndürülüb, baş vermiş yanğın zamanı xəsarət alan olmayıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45