İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir – YENİLƏNİR

Dostuna göndər xəbərdən agah olsun:

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

“Sizi ölkənizdə keçirilmiş prezident seçkisində qazandığınız qələbə münasibətilə Bosniya və Herseqovinanın vətəndaşları, Rəyasət Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Qarşıdakı dövrdə tərəfdaşlıq və dostluq münasibətlərinə söykənən əməkdaşlığımızın davam etməsini və sizin Bosniya və Herseqovinaya səfəriniz zamanı imzaladığımız iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin həyata keçirilməsini səbirsizliklə gözləyirəm.

Möhtərəm Prezident, sizi seçkidəki inamlı qələbəniz münasibətlə bir daha təbrik edir, sizə, ailənizə və Azərbaycan Respublikasının vətəndaşlarına xüsusi ehtiramımı bildirir, möhkəm cansağlığı və yeni uğurlar arzulayıram”.

11:37

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

“Seçkidə inamlı qələbəniz, yenidən Prezident seçilməyiniz münasibətilə Konqo xalqı və dövləti adından, şəxsən öz adımdan sizə səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm.

Bu baxımdan, ölkələrimiz üçün faydalı maraqlara uyğun olaraq münasibətlərimizin möhkəmləndirilməsi istiqamətində Zati-alinizlə birgə işləməyə hazır olduğumu bir daha bildirirəm.

Sizə uzun ömür, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzu edirəm.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45