Ötən il yol qəzalarında 862 nəfər ölüb, 1367 nəfər yaralanıb
Ötən il ölkədə baş verən yol qəzaları zamanı 862 nəfər həlak olub, 1367 nəfər yaralanıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ötən il 1636 yol qəzası qeydə alınıb. Bütün yol-nəqliyyat hadisələrinin 39,7 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,2 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,1 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,4 faizini, yaralananların isə 72,3 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 22 hadisə baş verib, nəticədə 6 nəfər həlak olub, 29 nəfər yaralanıb. Hadisələrin 17-si minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
(055) 436-46-45