FHN: Xaçmazda süni göldə boğulan şəxsin meyiti çıxarılıb – YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Ağaverdioba kəndində süni suvarma gölündə suyun üzündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xaçmazın Ağaverdioba kəndində bədbəxt hadisə baş verib.
Rayon sakini, 2001-ci il təvəllüdlü Əliyev Fərid Rövşən oğlu Ağaverdioba kəndi ərazisində işlədiyi bağda gölə düşməsi nəticəsində göldə boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
(055) 436-46-45