Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 131-ə çatıb
Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınlarında azı 131 nəfər ölüb.
Bu barədə məhkəmə tibbi ekspertiza xidməti məlumat yayıb.
“Fevralın 6-sı saat 12:00-a olan məlumata görə, ölənlərin sayı 131-ə çatıb”, – məlumatda deyilir.
Ekspertlər bildiriblər ki, 35 meyitin şəxsiyyəti müəyyən edilib.
Daha əvvəl 122 nəfərin öldüyü bildirilirdi.
Fevralın 2-də Çili Prezidenti Qabriel Boriç yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Səlahiyyətlilərin hesablamalarına görə, 14 mindən çox ev dağılıb və ya ziyan görüb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45