Gürcüstanda torpaq sürüşməsi və qar uçqunu olub, 2 nəfər ölüb
Gürcüstanın Xulo və Keda rayonlarında torpaq sürüşməsi və qar uçqunu nəticəsində polis əməkdaşı və yaşlı qadın ölüb.
Məlumatı “Sputnik Georgia” yayıb.
Bildirilib ki, Keda rayonu polis bölməsinin kiçik müfəttişi Temur Baramidze Soniarisi kəndində öz evində ölüb. O biri hadisə isə Txilvani kəndində baş verib. Uçqunlar altında yaşı ər-arvad qalıb. Qonşuları kişini xilas edə biliblər.
Gürcüstanın Baş naziri postuna namizəd İrakli Kobaxidze faciə ilə bağlı başsağlığı verib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45