Keçən il dəm qazından zəhərlənən 85 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib
Keçən il Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazı zəhərlənməsi ilə bağlı 85 müraciət olub.
Bu barədə cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
Onun sözlərinə görə, həmin müddətdə botulizm zəhərlənməsi diaqnozu ilə 40 müraciət olub, hər birinə lazımı yardım göstərilib.
R.Məmməd qeyd edib ki, hər iki zəhərlənmə halları ilə bağlı 10 ölüm faktı qeydə alınıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45