İstanbulda boğazda iki gəmi toqquşub

Dostuna göndər xəbərdən agah olsun:

İstanbulda boğazın Yenikapı sahillərində “Kevalay Queen” adlı 147 metr uzunluğunda “Ro-Ro” sərnişin gəmisi ilə “Kapitan Adam 1” adlı 103 metr uzunluğundakı yük gəmisi toqquşub.

Hadisə yerinə Sahil Təhlükəsizliyi Baş Müdirliyinə bağlı “KEGM-4” sürətli xilasetmə qayığı yönəldilib.

Qəzada hər iki gəmiyə ziyan dəyib, yoxlamalar zamanı ətraf mühitin çirklənməsi aşkar edilməyib.

Gəmilər Ahırkapı Dəmir Sahəsinə ​​lövbər salıb.

Mənbə: haberturk

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45