Siyavuş Novruzov: “Bələdiyyə sədrlərini xalq seçməlidir”
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bələdiyyə sədrlərinin seçicilər tərəfindən seçilməsini təklif edib.
Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçirilən ilk plenar iclasında danışan komitə sədri bildirib ki, sədrləri bələdiyyə üzvləri yox, xalq seçsə yaxşı olar.
Onun sözlərinə görə, bu məsələ gələcəkdə qanunvericiliyə salınmalıdır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45