Nail Kərimov vəzifəsindən azad olundu

Dostuna göndər xəbərdən agah olsun:

“Qəbələ” İdman Klubu baş meneceri Nail Kərimovla vidalaşıb.

Bu barədə “Qaynarinfo”ya “qırmızı-qaralar”ın mətbuat xidmətindən məlumat verilib.

Kərimovun öz istəyi ilə vəzifəsindən ayrıldığı bildirilib.

2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən bölgə təmsilçisində çalışıb. O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45