Binəqədidə evdən minlərlə manatlıq qızıl oğurlanıb
Binəqədi rayonu ərazisində mənzillərin birindən 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev məlumat yayıb.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45