Din xadimləri üçün attestasiya elan edilib
İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunmuş din xadimlərinin attestasiyası elan edilib.
Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, Attestasiyada iştirak edəcək din xadimləri 30.01.2024-cü il tarixindən 01.03.2024-cü il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada sened@scwra.gov.az ünvanına və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 16, AZ1001) təqdim etməlidirlər.
Attestasiyada iştirak üçün din xadimi tərəfindən aşağıdakı sənədlər elektron qaydada və ya kağız daşıyıcıda komitəyə təqdim edilir:
– Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
– Tərcümeyi-hal;
– Dini ali və orta ixtisas təhsil haqqında sənədlərin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
– Sağlamlıq haqqında arayış;
– Narkoloji dispanserdən arayış;
– Ruhi-əsəb dispanserindən arayış;
– Məhkumluq barədə arayış;
– Foto (3×4) (4 ədəd);
– Ərizə.
Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.
Attestasiyada iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra attestasiyanın keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcək.
Qeyd edək ki, din xadimi üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir.
(055) 436-46-45