Ərdoğan İstanbulda kilsədə hücumu törədənlərin 24 saat ərzində tutulacağını əmin edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda katolik kilsəsində iki silahlının bir nəfəri güllələyərək öldürdüyü hadisəni kəskin şəkildə pisləyib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Prezident hücumu törədənlərin 24 saat ərzində tutulacağını əmin edib.
“Cinayətkarların tutulması üçün lazımi tədbirlər görülür. Ümid edirik ki, hücumu törədənləri 24 saat ərzində tapıb saxlayacağıq”, – Ərdoğan bildirib.
Qeyd edək ki, silahlı hücum İstanbulun Sarıyer rayonunda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsində olub. İki maskalı şəxs atəş açaraq 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşını öldürüb. Hələlik heç kim cinayətə görə məsuliyyəti üzərinə götürməyib.
(055) 436-46-45