Ağsuda iki bacı dəm qazından zəhərlənib

Dostuna göndər xəbərdən agah olsun:

Ağsuda iki bacı dəm qazından zəhərlənib.

APA xəbər verir ki, Ağsu şəhər M.Ə.Rəsulzadə küçəsində yaşayan 2009-cu il təvəllüdlü Sehranə Ruslan qızı İsmayılova və 2014-cü il təvəllüdlü Rəna Ruslan qızı İsmayılova zəhərlənmə əlamətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına gətiriblər.

Müayinə zamanı hər iki şəxsin hamam otağında dəm qazından zəhərləndiyi məlum olub. Xəstəxanada bacılara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45